Rusiyada ümumxalq səsverməsi başa çatıb


Dünya 01 İyl 2020 22:55:00 371 0

Rusiyada ümumxalq səsverməsi başa çatıb

Rusiyada konstitusiya dəyişiklikləri üçün keçirilən ümumxalq səsverməsi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, artıq səslərin 25 faizi hesablanıb.

Hesablamalara görə, hesablanan səslərin 73,2 faizi ölkədə konstitusiya dəyişikliklərini dəstəkləyir, 25,8 faiz seçici isə konstitusiya dəyişikliklərinin əleyhinə səs verib.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə seçici fəallığı 64,9 faiz təşkil edib.