AZAL iyulun 4də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək VİDEO


Digərləri 01 İyl 2020 21:10:00 390 0

AZAL iyulun 4də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək  VİDEO

Həftənin şənbə günü, iyul ayının 4-də Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən Son.az-a bildirilib ki, aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında başlanmışdır.

Bakı-İstanbul-Bakı istiqamətində uçuş "Airbus A320" təyyarəsində ekonom sinifdə 168 sərnişin nəzərdə tutulmaqla yerinə yetiriləcək.

Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı zamanı tətbiq edilən tariflərlə analojidir.

Tələbələr aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM

Xatırladırıq ki, yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz:

- İnci laboratoriyası. Ünvan: Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80;

- Referans kliniki laboratoriya mərkəzi. Ünvan: Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33;

- Memorial Klinik. Ünvan: Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40.

Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi