İtaliya hökuməti ölkəyə gələnlər üçün yeni karantin qaydaları tətbiq edib


Dünya 01 İyl 2020 18:53:00 395 0

İtaliya hökuməti ölkəyə gələnlər üçün yeni karantin qaydaları tətbiq edib

İtaliya hökuməti iyulun 2-dən etibarən qeyri-Şengen ölkələri və Avropa İttifaqının seçdiyi 14 ölkə istisna olmaqla digər ölkələrdən İtaliyaya gələnlərə iki həftəlik məcburi karantin tətbiq edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Şengen zonasına daxil olan ölkələrdən, habelə Avstraliya, Əlcəzair, Kanada, Cənubi Koreya, Gürcüstan, Yaponiya, Mərakeş, Monteneqro, Yeni Zelandiya, Serbiya, Tailand, Tunis, Uruqvay və Ruandadan gələnlər karantinsiz İtaliya ərazisinə daxil olacaqlar. Bu siyahı hər iki həftədən bir yenilənəcək. Çin vətəndaşları da ölkəyə karantinsiz daxil ola bilərlər, amma bunun üçün əvvəlcə Çin özü Avropa İttifaqı ölkələrindən gedənləri qəbul etməlidir.

İtaliyanın Səhiyyə naziri Roberta Speranza qərarla bağlı açıqlama verərək deyib ki, hökumət əhalini qorumaq üçün çox ehtiyatlı davranmalıdır.

İtaliya, həmçinin hava nəqliyyatında da yeni qaydaları tətbiq edir. Bunlara salona əl baqajı keçirməmək, isti yeməyin olmaması, sağlamlıq barədə arayışın doldurulması kimi şərtlər daxildir.