"Google" ofislərin açılışını daha iki ay təxirə saldı


Digərləri 01 İyl 2020 18:29:00 385 0

"Google" ofislərin açılışını daha iki ay təxirə saldı

"Google" şirkəti ABŞ-ın bir sıra ştatlarında koronavirusa yoluxma sayının yenidən artması ilə əlaqədar ofislərinin açılışını daha iki ay müddətinə təxirə salıb.

Son.az Trend-ə istinadən bildirir ki, şirkət iyulun 6-da ofislərin işini bərpa etməyi planlaşdırırdı.

Plana əsasən, ofislərə ilk növbədə iş yerində olması zəruri olan əməkdaşlar qayıtmalı idi. İlk dövrlərdə ofislərdə əməkdaşların 10 faizi işləməli idi.

Yeni qərara əsasən, "Google" ofisləri sentyabrın 7-dək bağlı qalacaq.