Hindistanda isitilik elektrik stansiyasında partlayış olub,


Dünya 01 İyl 2020 18:05:00 390 0

Hindistanda isitilik elektrik stansiyasında partlayış olub,

Hindistanın cənubundakı Tamilnad ştatında isitilik elektrik stansiyasında partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 4 nəfər həlak olub. Daha 13 nəfər isə yaralanıb.

Qeyd olunur ki, hadisə maye dolu çənin partlaması nəticəsində baş verib. Partlayışla bağlı araşdırma aparılır.

Hadisə yerində xilasedicilər işləyir.