Ən çox iş yerini dəyişənlər ingilis dili müəllimləri olub


Digərləri 01 İyl 2020 17:47:00 393 0

Ən çox iş yerini dəyişənlər ingilis dili müəllimləri olub

Bu il müəllimlərin yerdəyişməsi müsabiqəsi zamanı ən çox iş yerini dəyişənlər ingilis dili müəllimləri olub.

Son.az Trend-ə istinadən bildirir ki, builki müsabiqə zamanı 235 nəfər ingilis dili müəllimi iş yerini dəyişib.

Bundan başqa, 206 nəfər riyaziyyat, 179 nəfər Azərbaycan dili və ədəbiyyatı, 167 nəfər ibtidai sinif müəllimi, 144 informatika müəllimi iş yerini dəyişib.

Ən az iş yerini dəyişən fənn müəllimi isə alman dili ixtisası üzrə olub.