Həsən Ruhani: "ABŞ Suriyanın təbii sərvətlərini talayır"


Dünya 01 İyl 2020 16:56:05 412 0

Həsən Ruhani: "ABŞ Suriyanın təbii sərvətlərini talayır"

ABŞ Suriyada terrorla mübarizə barədə səs-küy salaraq bir tərəfdən də bu ölkənin təbii sərvətlərini xaricə daşımaqla məşğuldur.

ABŞ Suriyada terrorla mübarizə barədə səs-küy salaraq bu ölkənin təbii sərvətlərini xaricə daşıyır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani Suriya münaqişəsinin həllinə dair Astana prosesinin zəmanətçi ölkələri - İran, Türkiyə və Rusiya arasında bu gün keçirilən videokonfransdabildirib.

Suriyanın Fərat çayının şərqindəki neft yataqları bölgəsində ABŞ tərəfindən qanunsuz hərbi bazaların sayının daha da artırıldığını dilə gətirən İran liderinin fikrincə, ABŞ Suriyanın təbii ehtiyatlarını dağıdır.

Həmçinin İran prezidenti qeyd edib ki, ABŞ-ın atdığı addımlardan göründüyü kimi, terrorçuluqla mübarizə barədə bəlağətli sözlər yalandan başqa bir şey deyil.