İraq hökuməti humanitar yardıma görə Azərbaycan tərəfinə minnətdarlıq edib


Siyasət 01 İyl 2020 16:18:00 379 0

İraq hökuməti humanitar yardıma görə Azərbaycan tərəfinə minnətdarlıq edib

İraqın Xarici İşlər və Səhiyyə nazirlikləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün İraqa göndərdiyi tibbi yardıma görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıq edib.

Son.az xəbər verir ki, İraqın Azərbaycandakı səfirliyindən Trend-ə bildiriblər ki, Azərbaycan hökumətinin bu yardımı ölkələrimiz arasında qardaşlıq bağlarının dərinliyini ifadə edən bir addım kimi dəyərləndirilib.

Xatırladaq ki, iyunun 30-da Azərbaycan hökumətinin 27 ton tibbi ləvazimat və preparatlardan ibarət humanitar yardımı Bağdada çatdırılıb.