Respublika fənn olimpiadalarının qalibləri müəyyən olunub


Digərləri 01 İyl 2020 15:51:00 367 0

Respublika fənn olimpiadalarının qalibləri müəyyən olunub

Olimpiadanın nəticələrinə görə, 55 nəfər qızıl, 105 nəfər gümüş, 160 nəfər bürünc olmaqla ümumilikdə 320 nəfər qalib elan edilib.

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, qaliblər ölkəmizin 42 şəhər və rayonundan olmaqla 158 ümumi təhsil müəssisəni əhatə edir. Onlardan 101 nəfəri qız, 219 nəfəri isə oğlandır.

Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 10 qızıl medalçı - "Birincilərin birinciləri" nominasiyasına layiq görülüb.

Qeyd edək ki, 2019-2020-ci tədris ilində olimpiadaya 34 minə yaxın şagird qatılıb. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.