Azərbaycanda tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək? RƏSMİ


Digərləri 01 İyl 2020 15:53:00 377 0

Azərbaycanda tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək?  RƏSMİ

"Azərbaycanda tələbələrin bir ali məktəbdən digərinə və ya bir ixtisasdan digərinə köçürülməsi prosesi onlayn həyata keçiriləcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, köçürülmə prosesi onlayn olduğu üçün onun təxirə salınması nəzərdə tutulmayıb: "Bu proses iyul-avqust aylarında baş tutacaq. Köçürülmənin başlanılma müddəti ilə bağlı yaxın vaxtlarda məlumat veriləcək".

Qeyd edək ki, tələbələrin köçürülməsi ildə iki dəfə - fevral və iyul aylarında həyata keçirilir.