Azərbaycanda həkimlərə yeni qoruyucu vasitələr paylanılır


Sosial 01 İyl 2020 15:44:44 679 0

Azərbaycanda həkimlərə yeni qoruyucu vasitələr paylanılır

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən (ÜST) həyata keçirilən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində&COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizədə kömək məqsədilə&Azərbaycana gətirilən&espirator maska, qoruyucu eynək, şəffaf maska və qoruyucu kombinezonlarun bu gündən&pande

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən (ÜST) həyata keçirilən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsindəCOVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizədə kömək məqsədiləAzərbaycana gətirilən respirator maska, qoruyucu eynək, şəffaf maska və qoruyucu kombinezonlar bu gündənpandemiya ilə mübarizəyə ayrılmış tibb müəssisələrinə paylanılacaq.

"Report" xəbər verir ki, ölkəyə gətirilən 168 min ədəd fərdi qoruyucu vasitənin 10 mini şəffaf maska, 10 mini qoruyucu eynək, 8 mini qoruyucu kombinezon və 140 mini respirator maskadır.

Bu virusla ön cəbhədə mübarizə aparan tibb işçilərinin təhlükəsizliyi üçün göndərilən bütün avadanlıqların keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsi yoxlanışdan keçirilib.