Xanımının erotik "şəkilləri" yayıldı, Kim özündən çıxdı


Dünya 01 İyl 2020 15:41:00 406 0

Xanımının erotik "şəkilləri" yayıldı, Kim özündən çıxdı

Cənubi Koreyada hazırlanan broşürlər Şimali Koreya lideri Kim Çen İnin qəzəblənməsinə səbəb olub.

Son.az xarici mətbuata istinadla bildirir ki, Cənubi Koreyalıların hazırladığı broşürdə Kimin həyat yoldaşı Ri Sol Yununə əxlaqsız kimi təqdim edilməsi onu özündən çıxarıb.

Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matsegoranın açıqlamasına görə may ayının 31-də "first-lady" ilə bağlı hazırlanan broşürlər iki ölkə arasında münaqişələrin artmasına səbəb olub. O bildirib ki, fotoşoplanmış şəkillər ölkə başçısının qəzəbini artırıb.

Nyuyork Post yazır ki, son dərəcə ciddi şəkildə mühafizə edilən sərhəd üzərindən şar vasitəsi ilə ötürülən broşürlər iki ölkənin Koreya savaşından bu günə qədər istifadə etdiyi propoqanda üsuludur.