Tural Gəncəliyev: "Azərbaycan erməni terrorundan əziyyət çəkir"


Siyasət 01 İyl 2020 15:09:47 340 0

Tural Gəncəliyev: "Azərbaycan erməni terrorundan əziyyət çəkir"

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi Tural Gəncəliyev ATƏT Parlament Assambleyası, Aralıq Dənizi ölkələri Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası dövründə terrorizm və radikal ekstremizmə qarşı mübarizə” mövzusunda keçirilən onlayn konfransda işt

Tural Gəncəliyev

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi Tural Gəncəliyev ATƏT Parlament Assambleyası, Aralıq Dənizi ölkələri Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası dövründə terrorizm və radikal ekstremizmə qarşı mübarizə” mövzusunda keçirilən onlayn konfransda iştirak edib.

"Report" xəbər verir ki, çıxışında Azərbaycanın beynəlxalq səviyyədə terrorizmlə mübarizədə vacib ölkə olduğuna diqqət çəkən Tural Gəncəliyev, həm də Azərbaycanın özünün xüsusilə erməni terrorundan əziyyət çəkdiyini xüsusi qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olan Tural Gəncəliyev, həm də Milli Məclisdə Xankəndi şəhərindən seçilmiş millət vəkili kimi Azərbaycanın AŞPA və ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüdür.