Qapı açıq, otaqlar boş... “Zibil”ə düşən 18 min əhali


Digərləri 01 İyl 2020 14:27:00 388 0

Qapı açıq, otaqlar boş...  “Zibil”ə düşən 18 min əhali

Türkan qəsəbəsi, Xanlar küçəsi ilk baxışdan zibil poliqonunu xatırladır. Amma bura zibil poliqonu yox, sakinlərin sıx yaşadığı bir ərazidir.

Son.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramı maraqlı süjet hazırlayıb.

Sakin: "Pandemiya dövründə belə şeylər qəbul edilməzdir. Buranı zibilxanaya döndəriblər".

Probelem qəsəbədə zibil yeşiklərin olmamısıdır. Qəsəbənin əsas küçə və yollarında vur tut bir -iki zibil yeşiyinə rast gələrəsən ki, onların özü elə tullantı vəziyyətindədir.

Zibil qablarının olmamasından vətəndaşlar çıxış yolunu belə boş ərazilərdə görür ki, məcburən zibilləri də belə yarımtikililərə atırlar. Nəticədə belə antisanitar vəziyyət və üfunət dolu görkəm yaranır.

Sakin: "Zibilimiz olanda qoyuruq maşına, harasa gedəndə yolda atırıq zibil qutularına".

Sakin: "Kənd içində bəzi yerlərdə zibil qutuları var, lakin çox yerdə yoxdu. Küçələrə atılmış zibilin vəziyyəti külək əsəndə sizcə necə olacaq?".