ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölən var


Dünya 01 İyl 2020 13:18:37 353 0

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölən var

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölən var

Ötən gün axşam Cənubi Karolinadakı Şou hərbi hava bazasında “F-16CM Fighting Falcon” tipli qırıcı təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub.

“Report” xəbər verir ki, bazanın rəsmi “Facebook” səhifəsində yerləşdirilən açıqlamaya görə, yerli vaxtla saat 23.30 radələrində baş verən hadisə “gündəlik təlim uçuşu” zamanı olub və təyyarədə ancaq pilot olub.

Hadisənin səbəbləri araşdırılır.