Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanıldı


Sosial 01 İyl 2020 13:04:34 372 0

Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanıldı

İyunun 19-du saat 13 radələrində Nizami (Gəncə) rayonunun Yeni Gəncə qəsəbəsi 28 May küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Daşkəsən rayon sakini X.Cəfərov vurulub.

İyunun 19-du saat 13 radələrində Nizami (Gəncə) rayonunun Yeni Gəncə qəsəbəsi 28 May küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Daşkəsən rayon sakini X.Cəfərov vurulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nizami (Gəncə) Rayon Polis İdarəsiəməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini R.Qasımov saxlanılıb.