Azərbaycanda qızıl və gümüş bahalaşıb


Digərləri 01 İyl 2020 12:57:00 332 0

Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, iyulun 1-də qızılın qiyməti iyunun 30-u ilə müqayisədə 20,91 manat (0,69 faiz) artaraq 1 unsiya üçün 3 032,103 manat təşkil edib.

Gümüş 0,6209 manat (2 faiz) bahalaşaraq 1 unsiya üçün 30,9891 manata bərabər olub.

Platinin qiyməti 19,49 manat (1,4 faiz) artaraq 1 413,465 manat, palladiumun qiyməti 23,324 manat (0,7 faiz) artaraq 3 286,287 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 70,601 manat (2,4 faiz) bahalaşıb, gümüş 0,1029 manat (0,3 faiz) ucuzlaşıb, platin 23,86 manat (1,7 faiz) ucuzlaşıb, palladium 52,972 manat (1,6 faiz) ucuzlaşıb.

Tarix:

Qızıl

(XAU)

Gümüş

(XAG)

Platin

(XPT)

Palladium

(XPD)

1 iyul 2020-ci il

3032,103

30,9891

1413,465

3286,287

30 iyun 2020-ci il

3011,193

30,3682

1393,975

3262,963

1 iyun 2020-ci il

2961,502

31,092