Oxu.Az-ın 7 yaşı tamam oldu


Sosial 01 İyl 2020 12:46:10 411 0

Oxu.Az-ın 7 yaşı tamam oldu

Bu gün Oxu.Az xəbər portalının yaranma günüdür.

Bu gün Oxu.Az xəbər portalının yaranma günüdür.

“Report”un xəbərinə görə, xəbər portalının 7 yaşı tamam olur.

Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb və qısa müddətdə geniş oxucu auditoriyası toplayıb.

24 saat fəaliyyət göstərən Oxu.Az Azərbaycan və rus dillərində gündəlik 300-350 material dərc edir.

Saytın komandası oxuculara daim yeni və maraqlı materiallar təqdim edir, yeni rubrikaları oxucuların ixtiyarına verir.

“Report” İnformasiya Agentliyinin kollektivi Oxu.Az-da çalışan bütün həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və işlərində uğurlararzulayır!