Türkiyədə qayıq batıb, 60 nəfər itkin düşüb


Dünya 01 İyl 2020 12:39:00 308 0

Türkiyədə qayıq batıb, 60 nəfər itkin düşüb

Türkiyənin Van gölündə qanunsuz miqrantları daşıyan qayıq batıb.

Son.az APA-ya istinadən bildirir ki, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib ki, batan gəmidə 55-60 nəfərin olduğu ehtimal edilir. Batanlardan 6-nın meyiti tapılıb. Qalanlar itkin düşmüş sayılır. 

Hadisə ilə əlaqədar 11 nəfər saxlanılıb.