Gömrükçülər qanunsuz xarici valyuta keçirilməsinin qarşısını alıb


Sosial 01 İyl 2020 11:15:49 389 0

Gömrükçülər qanunsuz xarici valyuta keçirilməsinin qarşısını alıb

"Qırmızı Körpü" gömrük postunda Gürcüstana gedən " Mercedez-Benz Atego" markalı nəqliyyat vasitəsi saxlanılıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın ölkənin gömrük sərhəddindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar.

Bu barədə "Report" DGK-ya istinadən xəbərverir.

İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstana gedən " Mercedez-Benz Atego" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda köynəyə bükülü halda gömrük nəzarətinə bəyan edilməyən 22 400 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.