Gürcüstanda Sibir xorasına yoluxma halı qeydə alınıb
Dünya 01 İyl 2020 10:32:03 354 0
Gürcüstanın Tianeti rayonunun Tuşurebi kəndində Sibir xorasına (“qara yara”) yoluxma faktı qeydə alınıb.
Gürcüstanın Tianeti rayonunun Tuşurebi kəndində Sibir xorasına (“qara yara”) yoluxma faktı qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, yoluxan şəxs mal-qara sahibi olan 50 yaşlı kişidir.
Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə kənddə dezinfeksiya işləri aparılıb.
Yoluxan şəxs xəstəxanada müalicə olunur.
Mənbə: report.az