Bakıda 42 yaşlı kişini maşın vurub öldürdü


Digərləri 01 İyl 2020 09:44:00 321 0

Bakıda 42 yaşlı kişini maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi S. Bəhlulzadə küçəsində Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Sadıqovun idarə etdiyi "Chevrolet" markalı avtomobillə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Emin Əbilovu vurub.

Piyada aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanıb.