Braziliyada koronavirusdan ölənlərin sayı


Dünya 01 İyl 2020 09:24:00 340 0

Braziliyada koronavirusdan ölənlərin sayı

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 33 846 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 402 041 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 1 280 nəfər ölüb, ölənlərin ümumi sayı 59 594 nəfər təşkil edir.