Nigeriyada avtobus qəzası olub,


Dünya 01 İyl 2020 09:14:00 307 0

Nigeriyada avtobus qəzası olub,

Nigeriyanın cənub-şərqindəki Abiya ştatında avtobusun qəzaya uğraması nəticəsində azı 18 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, qəzaya səbəb avtobusun yüksək sürətlə hərəkət etməsi zamanı təkərlərindən birinin çıxması olub.

Nəticədə avtobus bir neçə dəfə yuvarlanıb. Qəzaya uğrayan avtobusda sərnişinlərin dəqiq sayı barədə məlumat verilməyib.