Pompeo Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri ilə ərzaq təhlükəsizliyini müzakirə edib


Dünya 01 İyl 2020 09:19:00 285 0

Pompeo Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri ilə ərzaq təhlükəsizliyini müzakirə edib

ABŞ dövlət katibi Mayk Pompeo Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri ilə pandemiya fonunda regional ərzaq təhlükəsizliyinin təmin edilməsini müzakirə edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "ABŞ dövlət katibi Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan xarici işlər nazirləri ilə birlikdə "C5+1" formatında yüksək səviyyəli virtual dialoqda iştirak edib. Dövlət katibi təhlükəsizlik sahəsində ortaq maraqlar, o cümlədən Əfqanıstanda sülh naminə ABŞ-ın bu diplomatik platformaya, həmçinin regional əlaqələrə və ticarətə sadiqliyini bir daha təsdiqləyib".

M.Pompeo ABŞ-ın Orta Asiya ölkələrinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib: "Dövlət katibi pandemiya fonunda regional ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ABŞ-ın Orta Asiya ölkələrinin iqtisadi dayanıqlığının və əlaqələrinin gücləndirilməsi üzrə səylərini vurğualyıb".