Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb


İqtisadiyyat 30 İyn 2020 10:59:29 279 0

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb

© Report — Mikayıl Cabbarov

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb.

“Report” xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.

Onun sözlərinə görə, platforma vasitəsilə iş adamları banklara müraciət etmək imkanı əldə edəcəklər.

“Yeni sistemə15 bank qoşulub, gələcəkdə digər banklar da qoşulacaq.Platforma ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş şəxslər üçün dövlət zəmanətli, güzəştli kreditlər təklif edilir. Maksimum 10 gün ərzində kredit veriləcək.Sahibkarlar 3 milyon manata qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib.Platforma sahibkarların müraciətini daha da asanlaşdıracaq”, - nazir qeyd edib.