İqtisadiyyat naziri: “Pandemiyanın vurduğu zərər hesablanır”


İqtisadiyyat 30 İyn 2020 11:19:33 280 0

İqtisadiyyat naziri: “Pandemiyanın vurduğu zərər hesablanır”

"Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanın həm idxalının, həm də ixracının azalması müşahidə edilir"

"Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanın həm idxalının, həm də ixracının azalması müşahidə edilir".

"Report" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“İxracın azalması dünya bazarında neftin ucuzlaşması ilə bağlıdır. Onu da qeyd edim ki, bizim ixrac etdiyimiz məhsulların dəyəri idxal etdiyimiz məhsullarının dəyərini üstələyir", - nazir qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, pandemiyamın Azərbaycan iqtisadiyyata nə qədər zərər vurması barədə danışmaq hələ tezdir: "Pandemiyanın vurduğu zərər hesablanır".