Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən ili mənfəətlə başa vurub


İqtisadiyyat 30 İyn 2020 12:07:56 289 0

Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən ili mənfəətlə başa vurub

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2019-cu ili 8,2 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 988 min manat zərərlə çıxmışdı

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2019-cu ili 8,2 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 988 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməliyyat gəlirləri 11,8 milyon manat (əvvəlki ilə nisbətən 41,5% çox), inzibati və digər əməliyyat xərcləri 7 milyon manat (61,3% çox), dəyərsizləşmə üzrə ehtiyat gəlirləri 5,2 milyon manat (əvvəlki il olmayıb), dəyərsizləşmə üzrə ehtiyat xərcləri isə 1,7 milyon manat (67,3% az) təşkil edib.

Bu il yanvarın 1-nə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin aktivləri 16,2 milyon manat olub ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri təxminən 20 dəfə artaraq 1 milyon manata, balans kapitalı isə 2,2 dəfə artaraq 15,2 milyon manata çatıb.

Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi ölkə prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 7,9 milyon manatdır.