SOCAR “SOCAR Polymer”də payını artırıb


İqtisadiyyat 30 İyn 2020 10:46:41 315 0

SOCAR “SOCAR Polymer”də payını artırıb

SOCAR “SOCAR Polymer” şirkətində payını 52,15%-dən 57,01%-ə yüksəldib

Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bəzi törəmə müəssisələrində iştirak payını artırıb.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarında qeyd edilib.

SOCAR “SOCAR Polymer” şirkətində payını 52,15%-dən 57,01%-ə yüksəldib.

Qeyd edək ki, “SOCAR Polymer” MMC Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyul ayında yaradılıb.

"SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir.