Hindistanda “TikTok” və “WeChat” qadağan edildi


İqtisadiyyat 29 İyn 2020 22:10:00 306 0

Hindistanda “TikTok” və “WeChat” qadağan edildi

Hindistan hökuməti ölkə ərazisində 59 mobil tətbiqin, o cümlədən “TikTok”, “UC Brauzer” brauzeri və Çinin sosial şəbəkəsi olan “WeChat” messencerinin istfadə edilməsinə qadağa qoyub.

Hindistan hökuməti ölkə ərazisində 59 mobil tətbiqin, o cümlədən “TikTok”, “UC Brauzer” brauzeri və Çinin sosial şəbəkəsi olan “WeChat” messencerinin istifadə edilməsinə qadağa qoyub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Siyahıya Hindistanın suverenliyi və ərazi bütövlüyü, ölkənin müdafiəsi, dövlət təhlükəsizliyi və asayişi üçün zərərli tətbiqlər daxil edilib. Əsasən Çində hazırlanan tətbiqlər həm mobil, həm də digər cihazlarda da bloklanacaq.