Bakı və bölgələr üzrə koronavirusa yoluxma göstəricisi açıqlanıb - STATİSTİKA


Sosial 29 İyn 2020 10:06:55 257 0

Bakı və bölgələr üzrə koronavirusa yoluxma göstəricisi açıqlanıb - STATİSTİKA

Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb.

Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb.

“Report” xəbər verir ki, yoluxmanın53,4% Bakının payına düşür.

Sonrakı yerlərdə 15,8%-lə Abşeron, 9,4%-lə Gəncə-Qazax, 7,8%-lə Aran, 6,1%-lə Lənkəran, 1,7%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,4%-lə Dağlıq Şirvan, 0,03%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Ölkə xaricindən gələn şəxslərin isə 1,6 faizi virusa yoluxub.

Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidə (12,9%) qeydə alınıb. Sonrakı yerdə 16,6%-lə Yasamal, 11,9%-lə Xətai, 11,8%-lə Sabunçu, 10,7%-lə Nəsimi, 9%-lə Suraxanı, 8,6%-lə Nərimanov, 8,1%-lə Nizami, 5,5%-lə Qaradağ, 4,5%-lə Səbail, 4,1%-lə Xəzərdə, 0,3%-lə Pirallahı gəlir.

Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 16 424 nəfər virusa yoluxub. Onlardan 9 026 nəfəri sağalıb, 198-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 7 200 nəfər təşkil edir. Ümumilikdə isə 468 967 müayinə aparılıb.