Bakıda avtomobil 9 yaşlı uşağ vurdu
Sosial 28 İyn 2020 22:43:44 251 0
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Valideyni ilə yolu keçən 2011-ci il təvəllüdlü Abbasov Cavanşir Abbas oğlu qəfil anasından ayrılaraq avtomobillərin hərəkət etdiyi istiqamətə qaçıb. Bu zaman hərəkətdə olan “VAZ-2107” markalı, 90-ZP-681 dövlət seriya nişanlı avtomobil 11 yaşlı uşağı vurub. Müxtəlif bədən xəsarətləri alan C.Abbasov təcili yardımın köməliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov
Mənbə: report.az