Qazaxda törədilən qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB


Sosial 28 İyn 2020 18:27:00 375 0

Qazaxda törədilən qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

Qazax rayonunda&30 yaşlı kişi qohumunu qətlə yetirib.

Qazax rayonunda 48 yaşlı kişinin qohumu tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Aslanbəyli kəndinin sakini, 1972-ci il təvəllüdlü Telman Əhmədov hadisəni törətməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü Fərrux Məmmədovun anasının əmisi nəvəsidir.

Bakı şəhər qeydiyyatında olan, F.Məmmədov anasının babasıgilə qonaq gedib. Bu zaman onunla qonşuluqda yaşayan qohumu T.Əhmədovla hələlik bilinməyən səbəbdən mübahisə yaranıb. Bu zaman T.Əhmədov bıçaqlanıb. O, ağır halda Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən F.Məmmədov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma davam etdirilir.

***18:12

Qazax rayonunda30 yaşlı kişi qohumunu öldürüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Aslanbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Telman Kavı oğlu Əhmədov mübahisə zəminində qohumu, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Fərrux Kamran oğlu Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.