Xaçmazda minik avtomobilləri toqquşdu, xəsarət alanlar var


Sosial 27 İyn 2020 23:05:00 262 0

Xaçmazda minik avtomobilləri toqquşdu, xəsarət alanlar var

Xaçmaz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xaçmaz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Bakı yolunun Qobuqırağı bələdiyyəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” və “VAZ 21012” markalı minik avtomobilləri toqquşub.

Nəticədə, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirilib, hazırda ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.