Qazaxda kanala düşən kişinin meyiti Ağstafada tapılıb - YENİLƏNİB


Sosial 27 İyn 2020 21:15:00 255 0

Qazaxda kanala düşən kişinin meyiti Ağstafada tapılıb - YENİLƏNİB

Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçən su kanalında kişi meyiti tapılıb.

Ağstafa rayonunun Dağ Kəsəmən kənd ərazisindən keçən su kanalında meyiti tapılan şəxsin kimliyi məlum olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, mərhum Qazax rayon sakini, 1962-ci il təvəllüdlü Abdullayev Məqsəd Bəlul oğludur

O rayonun Qarapapaq kənd ərazisində ehtiyatsızlıqdan su kanalına düşüb.

***20:54

Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçən su kanalında kişi meyiti tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, su kanalında tapılan meyitSəhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinəaparılıb.

Hazırda mərhumun şəxsiyyətinin müəyyən olunması istiqamətində işlər görülür.

İlkin məlumata görə,Qazax rayon ərazisində 60 yaşında olan kişi ehtiyatsızlıqdan su kanalına düşərək boğulub. Onun meyiti su kanalının Ağstafa rayon Dağ Kəsəmən kənd ərazisindən keçən hissəsində tapılıb.

Faktla bağlı araşdırma aparılır.