Neft yenidən bahalaşır


İqtisadiyyat 25 İyn 2020 19:39:30 263 0

Neft yenidən bahalaşır

“Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 0,99% artaraq 40,71 ABŞ dolları təşkil edib

Dünya bazarında neftin bir barelinin qiyməti 40 ABŞ dollarından aşağı düşdükdən sonra yenidən artmağa başlayıb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 19:35-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 0,99% artaraq 40,71 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 0,92% artaraq 38,36 ABŞ dolları olub.