Bakı meriyası keçmiş nazirin şirkətindən 10 milyon manatlıq maşın və mexanizm alır


İqtisadiyyat 25 İyn 2020 18:06:47 262 0

Bakı meriyası keçmiş nazirin şirkətindən 10 milyon manatlıq maşın və mexanizm alır

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti kommunal təyinatlı maşın və mexanizmlərin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub

Bakı Şəhər İcra HakimiyyətininMənzil-Kommunal Təsərrüfatı Departamenti kommunal təyinatlı maşın və mexanizmlərin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "İmprotex Trucks and Buses" MMC-dir.

Qalib şirkətə 10 milyonmanat ödəniləcək.

Xatırladaq ki,"İmprotex Trucks and Buses" şirkəti Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.