Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 21% azalıb


İqtisadiyyat 25 İyn 2020 15:55:53 260 0

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 21% azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 74,6 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-may aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 74,6 milyon manat ipoteka krediti verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə9,6 dəfə azalaraq 12,6 milyon manat, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsait 87,5% artaraq 75 milyon manat olub.

İl ərzindəİKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 89% artaraq 75,6 milyon manat olub.