Azərbaycan neftinin Belarusa tədarük olunacağı vaxtı açıqlandı


İqtisadiyyat 25 İyn 2020 14:54:24 253 0

Azərbaycan neftinin Belarusa tədarük olunacağı vaxtı açıqlandı

Azərbaycan neftinin Belarusa tədarükü vaxtı açıqlandı

Belarusun “Belneftechim” dövlət konserni SOCAR-dan daha bir tanker gəmisinin Ukraynanın Odessa limanına gəlməsini bu ayın axırınadək gözləyir.

“Report” “BelTA”ya istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Aleksandr Tsisçankabildirib.

O, 85-90 min ton neft göndəriləcəyini deyib.

Daha sonrakı neft tədarükləri ilə bağlı işlərin getdiyi də diqqətə çatdırılıb.

SOCAR-ınTədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov“Report”a iyunun 25-26-da Supsa limanından Belarus üçün neft göndərməyi nəzərdə tutduqlarını bildirib.

Daha əvvəl açıqlandığı kimi, bu ilin mart – aprel ayları ərzində "SOCAR Trading" şirkəti “Belneftechim” üçün Odessa limanı və daha sonra Odessa – Brodı neft kəməri vasitəsilə dörd dəfəyə 335 min ton neft göndərib. Bunun 250 min tonu mart ayında üç dəfəyə, 85 min tonu da aprel ayında tədarük edilib.

“Belneftechim” SOCAR-dan il ərzində 1 milyon tonadək neft alacaqlarını açıqlamışdı. Şirkətin Xarici əlaqələr baş idarəsinin rəhbəri Ruslan Labut Belarus neft satıcı şirkətlərinin Azərbaycan tərəfdaşları ilə uzunmüddətli tədarük müqavilələri üzərində çalışdıqlarını diqqətə çatdırıb.