Azərbaycanda valyuta hərracında dollara tələb 26%-dən çox artıb


İqtisadiyyat 25 İyn 2020 13:54:37 268 0

Azərbaycanda valyuta hərracında dollara tələb 26%-dən çox artıb

ABŞ dollarına tələb iyunun 23-nə nisbətən 8,6 milyon ABŞ dolları artıb

© Report

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyunun 23-nə nisbətən 8,6 milyon ABŞ dolları və yaxud, təxminən, 26,1% artaraq 41,6 milyon ABŞ dolları təşkil edib.

Mərkəzi Bank bildirib ki, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.