ADIF: Ləğvetmədə olan 21 bankın kredit portfelinin 58%-i təminatsızdır


İqtisadiyyat 25 İyn 2020 13:30:15 238 0

ADIF: Ləğvetmədə olan 21 bankın kredit portfelinin 58%-i təminatsızdır

“Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvedici olduğu 21 bankın bu günə kredit portfeli 5,2 milyard manat təşkil edir”

“Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvedici olduğu 21 bankın bu günə kredit portfeli 5,2 milyard manat təşkil edir”.

“Report” xəbər verir ki, bunu ADIF-in icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun 3,6 milyard manatı əsas borc, 1,6 milyard manatı isə faiz borcudur.

“Kredit portfelinin 58%-i təminatsızdır. Bununla belə, onların bir qismi üzrə ödəniş edilir. Kreditini qaytarmaqda çətinlik çəkən müştərilərlə görüş keçirilir, onların borcunun restrukturizasiya edilməsi istiqamətində tədbirlər görülür”, - T.Piriyev əlavə edib.