Tural Piriyev: “Bağlanmış 4 bankda təxminən 100 sığortasız əmanətçi var”


İqtisadiyyat 25 İyn 2020 12:53:56 258 0

Tural Piriyev: “Bağlanmış 4 bankda təxminən 100 sığortasız əmanətçi var”

“Azərbaycanda bağlanmış 4 bankda (“AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lər) təxminən 100 sığortasız əmanətçi var”

“Azərbaycanda bağlanmış 4 bankda (“AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lər) təxminən 100 sığortasız əmanətçi var”.

“Report” xəbər verir ki, bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfransında məlumat verib.

“Onların sayı “AGBank”da 30, “Amrah Bank”da 21, “Atabank”da 26, “NBC Bank”da da elə təxminən bu qədərdir”, - o deyib.