Azərbaycanda bağlanmış 4 bankdakı sığortalı əmanətlərin yekun məbləği açıqlanıb


İqtisadiyyat 25 İyn 2020 12:26:18 241 0

Azərbaycanda bağlanmış 4 bankdakı sığortalı əmanətlərin yekun məbləği açıqlanıb

Azərbaycan Mərkəzi Bankının aprel-may aylarında lisenziyalarını ləğv etdiyi “Amrah Bank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə 74,1 min nəfər sığortalı əmanətçi var

Azərbaycan Mərkəzi Bankının aprel-may aylarında lisenziyalarını ləğv etdiyi "AGBank", “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lərdə 74,1 min nəfər sığortalı əmanətçi var.

“Report” xəbər verir ki, bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, bu əmanətçilərin həmin banklarda 670,7 milyon manat pulu var: “Bu məbləğə əslində sığortasız əmanətlər də daxildir. Tənzimləyici qurum bəzi banklara əmanət qəbulunu qadağan etsə də, onlar vətəndaşlardan əmanət qəbul etməyə davam ediblər. Hazırda vətəndaşların haqlı narazılığını müşahidə edirik. Hələlik onu deyim ki, “Amrah Bank”da 17 min əmanətçinin 144,9 milyon manat, “Atabank”da 25,6 min əmanətçinin 254,4 milyon manat, “AGBank”da 22,8 min əmanətçinin 134,2 milyon manat, “NBC Bank”da isə 8,7 min əmanətçinin 134,2 milyon manat əmanəti var. İndiyə qədər 4 bank üzrə 7 548 əmanətçiyə 83,9 milyon manat ödəniş edilib”.