“Falcon Finance” BOKT maliyyə vəziyyətini açıqlayıb


İqtisadiyyat 25 İyn 2020 09:35:00 241 0

“Falcon Finance” BOKT maliyyə vəziyyətini açıqlayıb

“Falcon Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 52 min manat zərərlə başa vurub

“Falcon Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 52 min manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə təxminən 33% çoxdur.

Bu il yanvarın 1-nə “Falcon Finance”ın aktivləri 263 min manat olub ki, bu da illik müqayisədə 15,4% azdır. Hesabat dövründə “Falcon Finance”ın öhdəlikləri 90,9% azalaraq 1 min manata, balans kapitalı isə 13% azalaraq 262 min manata düşüb.

Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri hər biri 50% payla Səxavət İmanov və Vüsal Tağıyevdir.