“Azəriqaz”ın rəhbərliyi “Caspian European Club”ın yeni strukturunun təqdimatında iştirak edib


İqtisadiyyat 24 İyn 2020 17:48:44 231 0

“Azəriqaz”ın rəhbərliyi “Caspian European Club”ın yeni strukturunun təqdimatında iştirak edib

Ölkəmizdə yayılmış koronavirus (COVID-19) pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi dövründə bir çox tədbirlər onlayn formatda keçirilir

Ruslan Əliyev

Ölkəmizdə yayılmış koronavirus (COVID-19) pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi dövründə bir çox tədbirlər onlayn formatda keçirilir.

“Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu cür təşkil olunan tədbirlərdən biri – “Caspian European Club”ın yeni strukturunun təqdimatında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev də iştirak ediblər.

Toplantıda Clubun yeni strukturunun, idarə heyətinin üzvlərinin, həmçinin komitələrin, işçi qrupların və komissiyaların rəhbərlərinin qısa təqdimatları keçirilib. Üzv şirkətləri maraqlandıran sual və təkliflər müzakirə olunub.

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev yeni idarə heyətinə, eləcə də komitə və komissiya rəhbərlərinə uğurlar arzu edib.

Ceyhun Şıxəliyev