Çinə xarici sərmayələrin axını sərbəstləşdirilir


İqtisadiyyat 24 İyn 2020 17:23:59 254 0

Çinə xarici sərmayələrin axını sərbəstləşdirilir

Çin hökuməti xarici sərmayələrin ölkəyə axınını tənzimləyən “Mənfi siyahı”larını bir qədər də ixtisar edib

Çin hökuməti xaricisərmayələrin ölkəyə axınınıtənzimləyən “Mənfi siyahı”larını bir qədər də ixtisar edib.

“Report” xəbər verir ki, bu barədə ölkəninMilli İnkişaf və İslahatlar Komissiyası açıqlama yayıb.

Qurum bəyan edib ki,yeni siyahı iyulun23-dən qüvvəyə minəcək. Söhbət "Çin iqtisadiyyatınaxarici sərmayələrin yatırılmasını tənzimləyən xüsusi nəzarət tədbirləri” və“Çinin sərbəst ticarət bölgələrinə xarici sərmayələrin yatırılmasını tənzimləyən xüsusi nəzarət tədbirləri” üzrə "Mənfi siyahı"lardan gedir. 1-ci siyahıda məhdudiyyət bəndlərinin sayı 40-dan 33-ə, 2-ci siyahıda isə məhdudiyyət bəndlərininsayı 37-dən 30-a endirilib. Sərbəstləşdirmələr tətbiq edilmiş sahələr arasında xidmət, maliyyə, kənd təsərrüfatı, emal, tibb vətəhsil var.

Çin hökumətinin bu qərarıkoronavirus (COVID-19) pandemiyası dövründə ölkə iqtisadiyyatının liberallaşdırılması, xarici sərmayədarların üzünə daha da açılması yolunda mühüm addımdır.