"Azərenerji"nin keçmiş prezidentinə yaxın şirkət səhmdarlarına dividend ödəyəcək


İqtisadiyyat 24 İyn 2020 15:38:47 251 0

"Azərenerji"nin keçmiş prezidentinə yaxın şirkət səhmdarlarına dividend ödəyəcək

İyunun 29-da, saat 15:00-da “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək

İyunun 29-u saat 15:00-da “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Əhməd Rəcəbli küçəsi, 12 ünvanında yerləşən otelin konfrans zalında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin2019-cu ildəki fəaliyyəti üzrə İdarə Heyətinin vəMaliyyə-Təftiş komissiyasının hesabatlarının təsdiq edilməsi,İdarə Heyətinin yenitərkibinin seçilməsi, səhmdarlara dividend ödənilməsi və digərməsələlər daxildir.

Xatırladaq ki,“Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı761 308 manatdır. Səhmdar cəmiyyəti"Azərenerji" ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə yaxın şirkət sayılır. Onun səhmlərinin 98,5%-nə nəzarət edən Hikmət Xammədov keçmiş dövlət məmurunun qaynıdır. O həm də "Express Bank" ASC-nin 19,5%-lik səhmdarıdır.