“Buta Airways” Bakı-Odessa istiqamətində uçuşları bərpa edəcək


İqtisadiyyat 03 Fev 2020 17:10:21 261 0

“Buta Airways” Bakı-Odessa istiqamətində uçuşları bərpa edəcək

“Buta Airways” Bakı-Odessa istiqamətində uçuşları bərpa edəcək

“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways” şirkətiBakıdan Ukraynanın Odessa şəhərinə uçuşlarıbərpa edəcək.

“Report” xəbər verir ki, bu barədə Odessa Beynəlxalq Hava Limanı məlumat yayıb.

Məlumata görə,aviareyslər bu il mayın 14-dən başlayaraq hər həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək. Təyyarə Bakıdan saat 07:15-də yola düşəcək vəyerli vaxtla 9:40-da Odessaya çatacaq. Biletlərin birtərəfli qiyməti 52 ABŞ dolları təşkil edəcək.

Xatırladaq ki, “Buta Airways” ötən ilmayın 16-dan Bakı-Odessa reysinin yerinə yetirilməsinə başlayıb və qış qrafikinə keçməsi ilə əlaqədar oktyabrın 27-də sözügedən istiqamətdə uçuşları dayandırıb.