Prezident İlham Əliyev ŞriLanka Prezidentini təbrik edib


Siyasət 03 Fev 2020 17:10:00 258 0

Prezident İlham Əliyev ŞriLanka Prezidentini təbrik edib

Prezident İlham Əliyev Şri-Lanka Prezidenti Qotabaya Racapaksaya təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı ikitərəfli dostluq əlaqələri, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və rifah diləyirəm".