Vilayət Eyvazovdan general Həsən Şirinovun yerinə TƏYİNAT


Digərləri 03 Fev 2020 17:17:00 252 0

Vilayət Eyvazovdan general Həsən Şirinovun yerinə TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.

Son.az Oxu.az-a istinadən bildirir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nurullah Məmmədxanlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini vəzifəsinə təyin edilib.

O, bundan əvvəl BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl V.Eyvazov əmrinə əsasən, BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinov tutduğu vəzifədən azad olunub.